Bakı Olimpiya Stadionu təhlükəsiz sürücülük təlimlərinə ev sahibliyi edir

Məlumat verildiyi kimi, Bakı Olimpiya Stadionu tək idman məkanı deyil, həm də çox funksiyalı biznes və ictimai istirahət mərkəzidir. Stadionda müxtəlif funksiyalar üçün təhciz edilmiş geniş infrastruktur vardır. Hal-hazırda bir neçə şirkət burada fəaliyyət göstərir, bunlardan biri də HED Akademiyasıdır.

HED Akademiyası yolların təhlükəsizliyi qaydaları ilə birlikdə sağlamlıq, təhlükəsizlik, ətraf mühit və keyfiyyət sahəsində ixtisaslaşmış ekspertlər tərəfindən 26 ildən çoxdur ki təlimlər və məsləhət xidməti verirlər. HED Akademiyasının direktor müavini Ruslan İbrahimovun da dediyi kimi, “ Şirkətin əsas siyasəti sürücüləri təhlükəsiz sürüş üçün zəruri məlumatlarla və praktiki təcrübələrlə təmin etməkdir. Təbii ki, səmərəli manevrlər üçün keyfiyyətli və təhlükəsiz məkanın seçilməsi vacibdir, məhz bu səbəbdən HED Akademiyası Bakı Olimpiya Stadionunun ərazisində ofis icarə götürdü və təlimlərə başladı.”

HED Akademiyanın əsas müştəriləri BP, Castrol, Exxon, Gilan və digər böyük şirkətlərdir. Lakin buna baxmayaraq şirkət hər bir şəxsə maşından və məqsədindən asılı olmayaraq təhlükəsiz sürücülük təlimləri keçməyə hazırdır.

Stadionun ərazisində hər kəs həm nəzəri, həm də praktiki bilikləri əldə edə bilərlər. Böyük sürüş zonasını müvafiq manevrlərlə qarlı, yağışlı və dumanlı hava şəraitinə uyğunlaşdırmaq mümkündür. Bu cür təlimlər peşəkar təlimçilər tərəfindən hər gün 20 tələbəyə keçirilir.

Biz sizə təhlükəsiz sürüş və sürüşkən yolda manevr praktiki təlimindən olan video görüntüləri təqdim edirik.

https://www.youtube.com/watch?v=s3aUPnL4Elo

Əgər siz də bu haqda marağlanırsınızsa və təlimlərdə iştirak etmək istəyirsinizsə, əlaqə saxlayın: +994 12 422 64 10; +994 55 511 21 27