Azərbaycanın və Qafqazın ən böyük stadionunun arxa səhnələrinə baxmaq, ailələr və dostlar üçün unudulmaz gün olacaqdır.
Tur zamanı siz:
- Bakı Olimpiya Stadionunda gəzəcəksiniz
- Stadionun tarixinə enəcəksiniz
- Milli Komandanın otağında futbolçuların oyun ruhunu hiss edəcəksiniz
- Əsas meydançaya çıxarkən özünüzü əsl futbolçu kimi hiss edəcəksiniz
- Stadionun quşbaxışı nöqtəsindən baxaraq nəfəs kəsici görüntü əldə edəcəksiniz. Təbii ki, bu anı şəkillərlər ölümsüzləşdirə bilərsiniz,
- Stadionun tikilməsinə aid qısa bir video ilə tanış olacaqsınız
Stadionda Tur etmək üçün aşağıdakı formu doldurun və ya əlaqə vasitələrindən birin seçin.
Tur müddəti 60 dəqiqədir.
Turlar Azərbaycan və İngilis dillərindədir.
Turlar oyun günləri istisna olmaqla həftə içi hər gün saat 11:00-dan 17:00-a dək olur.
Əlavə məlumat üçün bizim Turlar üzrə komandamız ilə əlaqə saxlayın:
Tel.: +994 12 422 64 10, +994 12 422 64 15
Mob.: +994 55 822 64 10
e-mail: tour@bos.az