MEDİA

Əziz media nümayəndələri,


Milli komandanın oyunlarına akkreditasiya AFFA tərəfindən verilir. Akkreditasiya prosesinin başlanması haqqında məlumatı AFFA-nın rəsmi saytından əldə edə bilərsiniz.


Akkreditasiya media nümayəndələrinə media üçün ayrılmış zonalarana keçid, şəkil və video çəkilişi və oyun sonrası mətbuat konfransında iştirak səlahiyyəti verir.
Media nümayəndələri oyunun başlama vaxtından 2 saat əvvəldən Bakı Olimpiya Stadionuna gələ bilərlər.


Milli komandanın oyunlarından başqa bütün tədbirlər üçün akkreditasiya verilişi Bakı Olimpiya Stadionunun PR və Media departamenti tərəfindən edilir.
Bakı Olimpiya Stadionundakı bütün tədbirlər üçün akkreditasiya prosesinin başlamağı haqqında məlumat Stadionun rəsmi saytında və KİV-də verilir.

Stadionda baş tutacaq istənilən şəkil və video çəkilişi və müsahibə prosesləri üçün Bakı Olimpiya Stadionunun PR və Media departamenti ilə əlaqə saxlayın.