Ulu Öndərin 100 illiyinə həsr olunan turnir keçirilib.

AFFA-nın təşkilatçılığı və BOS-un təşkilati dəstəyi ilə baş tutan turnirdə iki qrupa bölünməklə AFFA, PFL, Klublar, Hakimlər, Veteranlar, Media, Könüllülər, SOCAR, BOS və Partnyorlardan ibarət 10 komanda mübarizə aparıb. Öz qruplarında birinci yeri tutan PFL və Veteranlar komandaları final oyununda qarşılaşıb və qalib ikincinin 6:2 hesablı qələbəsi ilə müəyyənləşib.

İdman ictimaiyyətinin nümayəndələrinin, KİV əməkdaşlarının, könüllülərin və azarkeşlərin də qatıldığı tədbirdə qaliblərə medalları və kuboku AFFA-nın prezidenti Rövnəq Abdullayev, Gənclər və İdman naziri Fərid Qayıbov və AFFA-nın baş katibi Sərxan Hacıyev təqdim ediblər.