2 aprel tarixində “Narınc Uşaq Psixologiya Mərkəzi“(NUPM) və “Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi” İctimai Birliyi tərəfindən 2 Aprel Dünya Autizm məlumatlandırma günü ilə əlaqədar olaraq Bakı Olimpiya stadionunda “Mavi İşıqla İşıqlandır və Autizmi tanı” adlı tədbir keçirildi.
Tədbirdə aidiyyatı dövlət və qeyri-dövlət təşkilatları nümayəndələri, mütəlif səfirlik təmsilçiləri və türk mütəxəssisləri, KİV-nin nümayəndələri, görkəmli xalq şairi, aktyor və ilahiyyatçılar, eyni zamanda autizm sindromlu uşaqlar, valideynlər və digər qonaqlar iştirak etdilər.
Tədbirin gedişatı zamanı gələn rəsmi məlumatlara əsaslanaraq şəhid olan hərbi qulluqçularımızın da ruhu dərin təəssüf hissi ilə yad edildi və bütün qonaqların iştirakı ilə şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edildi.
Tədbir rəsmi və qeyri rəsmi hissədən ibarət oldu. Rəsmi hissədə ilk öncə söz tədbirin təşklati qurumlarının rəhbərlərinə verildi. Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, psixoloq Elnur Rüstəmov, Narınc Uşaq Psixologiya Mərkəzinin rəhbəri,psixoloq Narınc Rüstəmova və Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi İctimai Birliyinin sədri Çiçək Qəzənfərqızı tədbirin ərsəyə gəlməsiylə bağlı çıxış edərək,qonaqları salamladılar.
Tədbirin qeyri-rəsmi hissəsində kiçik qonaqlar əyləncəli müsiqilər, şoular, cizgi film personajları, şən klounlarla gözəl vaxt keçirdilər və uşaqlara müxtəlif hədiyyələr təqdim olundu.