Imagine Dragons qrupunun konserti baş tutdu

Təşəkkürlər!

Ötən həftə Bakı Olimpiya Stadionu daha bir mötəbər tədbirə ev sahibliyi etdi. Dünyaca məşhur rok qrupu “Imagine Dragons”un “Merkuri Dünya Turu” çərçivəsində Bakı konserti baş tutdu. Konsertə ümumilikdə 50-ə yaxın ölkədən 40000 tamaşaçı gəldi. Yazı ilə bunlar asan görünsə də aylarla davam edən danışıqların və həftələrlə olan hazırlığın nəticəsində bu tədbir gözəl sonluqla bitdi. Bu işdə ilk başdan bizimlə çalışan iTicket Production-a, xarici təşkilatçı Honeycomb-a, “A+A” şirkətinə, bizə əvəzsiz dəstək göstərən könüllülərimizə, tədbirin təhlükəsiz və rahat keçməsini təmin edən bütün dövlət qurumlarımıza və digər tərəfdaşlarımıza təşəkkür edirik. Lakin, ən böyük təşəkkür məhz siz tamaşaçılaradır. Bu konsertə olan marağınız bizi və təşkilatçıları dayanmamağa və digər dünya ulduzlarını Bakıya gətirməyə sövq edəcək.

Yenidən görüşənədək!

Fotoqraflar: Aziz Elkhanoglu, Vugar İbadov, Aykhan Salahov, Anar Bayramli, Elmir Karimov, Adil Yusifov, Murad Orucov, Rasul Rahimov və Natalia Lebedeva