Bakı Olimpiya Stadionunda əyləncə günü

Xəbər verdiyimiz kimi, 13 May tarixində Heydər Əliyev Fondu təşəbbüsü ilə Bakı Marafonu keçiriləcək. Dövlət Bayrağı Meydanından start götürəcək yarı- marafon 21 kilometr olacaq və Bakı Olimpiya Stadionunda başa çatacaq. Qaçışçılar arasında atletlər, siyasətçilər, tanınmış şəxslər, ictimaiyyət nümayəndələri və tələbələr olacaqdır.

Yarışların bitiş xətti və medal təltif etmə mərasimi Bakı Olimpiya Stadionunda olacağına görə daha çox insanın buranı ziyarət edəcəyi gözləniləndir. Məhz bu səbəbdən yalnız qaçışçıların deyil, həm də yarışı izləməyə gələn vətəndaşların da əyləncəsi üçün 13 May tarixindən saat 10-dan axşama qədər Bakı Olimpiya Stadionunda “Fan Zona” fəaliyyət göstərəcək. Fan Zonada müxtəlif əyləncələr, idman avadanlıqları, musiqi şousu keçiriləcək. Fan Zonaya giriş sərbəst olacaqdır.

Sürücülər üçün xüsusi parkinq yeri ayrılacaq, digər qonaqlar isə H. Əliyev prospekti tərəfindən fan zonaya rahat keçə bilərlər. Əlavə suallar üçün: +994 12 422 64 10, +994 12 422 65 15.

Gəlin hamımız “küləyə qalib gələnləri” dəstəkləyək!