Bakı Olimpiya Stadionuna ESSMA tərəfindən sertifikat verildi

Bakı Olimpiya Stadionuna ESSMA - Avropa Təhlükəsizlik və Stadionların İdarəetməsi Assosasiyası tərəfindən sertifikat verildi.
ESSMA Avropada və onun hüdudlarından kənarda UEFA ilə birlikdə 150-dən çox idman obyektlərinin idarəsini bir araya gətirən qeyri-kommersiya təşkilatıdır. 1996-cı ildə təsis edilmiş Assosiasiya Commerzbank Arena, Camp Nou (FC Barcelona-nın ev stadiounu), Wembley Stadium, Galatasaray Turk Telekom Arena, Allianz Arena (FC Bayern München-in ev stadionu), Estadio Santiago Bernabéu (FC Real Madrid-in ev stadionu) kimi stadionları artıq sertifikatlaşdırıb.
Assosasiyanın nəzarəti altında idarəetmə ilə bağlı ixtisaslaşmış fəaliyyətlər, stadion əməliyyatları və azərkeşlərin təhlükəsizliyi təmin edilir.