Məktəblilər Bakı Olimpiya Stadionunu ziyarət etdi

Qeyd olunduğu kimi, Bakı Olimpiya Stadionu hər kəs üçün turlar həyata keçirir. Gəzinti proqramına stadionun texniki zonaları, media mərkəzi, futbolçuların paltardəyişmə otaqları, tribunalar və əlbəttə ki, əsas meydança ilə tanışlıq daxildir.


"Mur və Marya Blog"-un rəhbərləri gənc bloqerlər Murad Seyidzadə və Məryam Rzayeva ilə birlikdə Bakının məktəblilər üçün matç günü formatında növbəti tur təşkil olundu.
Turun əvvəlində, gənc qonaqları bir sürpriz gözləyirdi: onları 21 yaşlı qadınlardan ibarət Milli komandanın kapitanı və mərkəzi müdafiəçisi Əminə Heydərova qarşıladı. Məktəblilər jurnalistlər rolunda press-konfrans keçirdilər və Əminəyə maraqlı suallar verdilər, sonra isə stadionun tikintisi haqqında filmə baxdılar.


Paltardəyişmə otağında uşaqlar oyun günü oyunçular kimi meydançaya çıxarkən müvafiq emosiyalar yaşamağa bir şans qazandılar. Əsas meydançanı ziyarət edəndən sonra isə məktəblilər ən yüksək tribunaya qalxdılar və əsl azarkeşlər kimi Meksika Dalğasını və digər azarkeşlik nəğmələrin öyrəndilər.


Murad: "Mənim həqiqətən stadionu xoşuma gəldi, tur çox maraqlı və təsirli idi, dostlarımla birlikdə mütləq yenə də gələcəyəm"
Məryam: "Çox şadam ki, stadionla tanış oldum. Burada hər təşkil olunan tədbirə mütləq gələcəyəm və komandalarımıza azarkeşlik edəcəyəm"

Video