İctimaiyyətə müraciət

Əziz dostlar!

Səmərəli 2018-ci ilin sonu yaxınlaşır. Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Bakı Olimpiya Stadionu il boyu UEFA Millətlər Liqasında (Kosovo, Malta və Farer adaları komandaları ilə) “A” Milli komandamızın ev matçlarını, həmçinin UEFA Avropa Liqasının qrup mərhələsində “Qarabağ” FK-nun (“Arsenal”, “Vorksla” və “Sportinq” klublarına qarşı) oyunlarını qəbul edib futbol və idman ictimaiyyətinin diqqət mərkəzində olmuşdur.

Bu il xarici media və idman təşkilatlarından fəaliyyətimizə böyük maraq var idi. Beləliklə, Dublin şəhərindəki Stadion İdarəetmə üzrə Avropa Sammitində və Amsterdamda AVRO-2020 üzrə iş görüşündə BOS-un infrastrukturuna dair təqdimatlar təqdim edildi. Bakı Olimpiya Stadionu Rusiyanın "Matç TV" telekanalı, Finlandiyanın MTV3 kanalı və Fransız prodüser mərkəzi T2MP tərəfindən çəkilib. Hal-hazırda stadionumuz da daxil olmaqla, Avropanın 5 ən yaxşı stadionu haqqında sənədli film hazırlanır.

BOS bu il digər tədbirlərini də təşkil etməkdə fəal iştirak edirdi: UEFA-nın kütləvi futbolu üzrə dörd futbol federasiyasının nümayəndələrinin iştirakı ilə seminar, hakimlər üçün normative imtahanı, İdman Araşdırmalar Mərkəzinin il yekunları ilə bağlı mərasim, məktəblilər üçün stadion turları (“Olimpiya” Peşəkar Döyüş Klubu və Sabunçu rayonun İcra Hakimiyyəti ilə birlikdə) təşkil olunmuşdur.

Bu il digər idman tədbirləri də keçirdik: Heydər Əliyev Fondu təşəbbüsü və “Sport Marketing Group” təşkilatı ilə keçirilən ənənəvi Bakı Marafonun finiş nöqtəsi və azarkeşlər zonası məhz BOS-da idi. Bu ilin may ayında ARDNŞ və “Olimpiya” döyüş klubunun dəstəyi ilə keçirilmiş “WFCA-48” MMA üzrə çempionatı da azarkeşlər üçün populyar idi.

Stadionun məşq meydançalarında futbol klublarının ("Zirə", "Səbail", "Keşlə", "Kəpəz") və gənclərdən ibarət milli komandaların təlim-məşq bazaları təşkil olunub. Əsas meydançada, rəsmi matçlara əlavə olaraq, Belarus, Qırğızıstan milli komandaları ilə yoldaşlıq görüşlər təşkil edildi. Yaxın gələcəkdə təbii örtüklü üçüncü məşq meydançası istifadəyə veriləcəkdir. Atletik infrastrukturumuz atletlər və para-atletlər tərəfindən məşqlər üçün istifadə edildi.

2018-ci il Dünya Çempionatı baxımından dünya futbolu üçün vacib bir il idi. "Futbola stadionda baxarlar" prinsipini rəhbər tutaraq, hər kəs üçün əsas matçları böyük ekranda göstərdik.

AFFA-nın P & G, D's Damat şirkətləri ilə sponsorluq müqavilənin imzalanma mərasimləri, CISCO nümayəndələri üçün tədbir, "Gələcəyini qur" proqramın məzunları üçün mərasim, “Hyundai” servis festivalı, onlayn radionun təqdimatı (10line.az), “Neftçi” PFK-nun “Türk Hava Yolları” ilə müqavilənin imzalanma mərasimi stadionda keçirildi.

Gələn ilin əsas məqsədimiz isə 29 mayda keçiriləcək UEFA Avropa Liqasının final matçının uğurlu keçirilməsidir. Bu futbol bayramına hazırlıq şəraitində, BOS komandası UEFA Avropa Liqasının Yerli Əməliyyat Komitəsi və AFFA ilə birlikdə UEFA nümayəndə heyətini inspeksiya səfəri ilə qəbul etdi və Avropa Şurasının Daimi Komitəsinin nümayəndələrinə təhlükəsizlik təqdimatı etdi. Əsas hədəf auditoriyalarından biri – KİV üçün – Milli Mətbuat Günü ilə bağlı futbol turniri təşkil olundu və dekabrda Avropa Liqasına həsr olunmuş intellektual kubok keçirildi.

Hava şəraitindən asılı olmayaraq sevimli komandasını dəstəkləyən azarkeşləri və tamaşaçılarının iştirakı və dəstəyinə görə; istənilən miqyaslı tədbirləru tamamlayan könüllülərə; fəaliyyətimizi obyektiv şəkildə əhatə edən media nümayəndələrinə; tədbirlərin bütün iştirakçılarının təhlükəsizliyini təmin edən dövlət qurumları və orqanları; ARDNŞ; tədbirlərin təşkilatında iştiral edən AFFA əməkdaşlarına; UEFA Avropa Liqası çərçivəsində BOS-da ev oyunları keçirilən "Qarabağ" FK-na; UEFA Avropa Liqasının final oyunun Yerli ƏməliyyatKomitəsinə; icarədarlar və tərəfdaşlarımıza təşəkkürümüzü bildiririk.

Fürsətdən istifadə edərək bütün Azərbaycanlıları Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edirik.

Yeni ildə hamınıza sağlamlıq, xoşbəxtlik və uğurlar diləyirik.

Bayramınız mübarək!

Hörmətlə,

Cavid Qarayev
BOS-un direktoru