UEFA nümayəndələri Bakıda səfərdədir

Ölkəmizdə 2020-ci ildə təşkil olunacaq Avropa Çempionatının qrup və 1/4 final mərhələsinə hazırlıq işləri ilə tanış olmaq üçün UEFA nümayəndələri Bakıda birinci işgüzar səfərdədir.

Yerli Təşkilat Komitəsinin üzvləri ilə görüş keçirən qonaqlar Bakı Olimpiya Stadionunun infrastrukturu, mühafizəsi, bilet satışı, media və tv əraziləri, meydança və texniki zonaları ilə tanış olub, müzakirələr aparıblar.