UEFA nümayəndə heyəti BOS-u ziyarət etdi

UEFA Avropa Liqası turnirinin 2019-cu ildə Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununa hazırlıq prosesi çərçivəsində UEFA nümayəndələrinin Bakıya növbəti işgüzar səfəri başlayıb.

Həftəsonuna qədər davam edəcək səfər müddətində Avropa futbol qurumunun təmsilçiləri Bakı Olimpiya Stadionu ilə yanaşı paytaxtımızdakı bir sıra digər aidiyyatı infrastruktura baxış keçirəcəklər.