Rio-2016 birgə hazırlıq

Rioda keçirilən XV Yay Paralimpiya Oyunlarına altı həftədən də az bir zaman qalıb. Azərbaycan bu yarışlarda 9 idmançı ilə təmsil olunacaq. Daha öncə də bildirdiyimiz kimi, Milli Paralimpiya Komandamız təlim-məşq toplantı məkanı olaraq Bakı Olimpiya Stadionun seçmişdilər. Hazırlıqların daha ciddi şəkildə davam etdirilməsi və qarşılıqlı təcrübə mübadiləsi həyata keçirmək üçün Atletikanın Atmalar növü üzrə Azərbaycan və İran Milli komandaları birgə hazırlıqlara başladı. 25 İyul – 5 Avqust tarixinlərində davam edəcək təlim məşq toplantısı Bakı Olimpiya Stadionunun ehtiyat hazırlıq meydançasında və Atletikanın Atmalar növü üçün nəzərdə tutulmuş ərazisində baş tutacaq.