Rəsmi Qonaqpərvərlik Proqramının satışı başlayıb

2019-cu il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyununa UEFA tərəfindən həyata keçirilən Rəsmi Qonaqpərvərlik Proqramının satışı artıq başlayıb. Biznes yerləri üçün Rəsmi Qonaqpərvərlik Paketlərini UEFA-nın elektron səhifəsindən əldə etmək mümkündür. Bunun üçün aşağıdakı keçiddən istifadə edə bilərsiniz:

https://uelf.hospitality.uefa.com/home/