Neftçi İK-nın ilin yekunlarına dair tədbiri baş tutdu

Bakı Olimpiya Stadionunun konfrans zalında Neftçi İdman Klubunun 2023-cü ilin yekunlarına dair tədbir keçirilmişdir. Tədbir zamanı qonaqlara klubun geridə qoyduğumuz il ərzində müxtəlif idman növlərində qazandığı uğur və nəaliyyətlər haqqında məlumat verilmişdir.