Martın 16-dan 19-dək və 24-dən 27-dək keçirilən “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiya çərçivəsində üçüncü gündür paytaxtda olan Naxçıvan məktəblərinin 150 IX-XI sinif şagirdindən və 20 müəllimindən ibarət qrup martın 18-də Bakı Olimpiya Stadionunda olub.
Naxçıvanlı şagirdlərə stadionun tikilişi barədə məlumat verən videoçarx nümayiş etdirilib.
Sonra Sabunçu rayonunun 148 nömrəli məktəbinin şagirdləri Novruzun gəlişinə həsr olunmuş konsert proqramı ilə çıxış ediblər.
Tədbirin sonunda xatirə şəkilləri çəkilib.