MFL ALL STAR - Böyük Oyun

Azərbaycanda həvəskarlar arasında ilk mini futbol liqası (MFL) qısa zaman ərzində ölkənin idman həyatında ən parlaq hadisələrdən biri oldu.

59 komanda, iki Konferensiya, onlarla oyunçu, əsasnaməsi, qaydaları və oyun cədvəli olan yüksək səviyyəli çempionatdır – bütün bu gərgin və əyləncəli oyun ab-havası bəzən söhbətin həvəskar futboldan getdiyini unutdurur.

Beləcə, MFL mövsümün yarısı geridə qoyaraq Yeni il ərəfəsində qısamüddətli tətilə çıxır. Lakin MFLöncə azarkeşləri möhtəşəm MFL All Star - Böyük Oyun ilə sevindirəcək.

Dekabrın 29-da Bakı Olimpiya Stadionunda MFL-in hər iki Konferensiyadan olan ən güclü futbolçularla görüşü baş tutacaq. Həvəskar liqanın oyunçuları yaxın zamanlarda Ağdamın “Qarabağ” futbol klubunun avropalı nəhənglər – “Roma”, “Atletiko” və “Çelsi” ilə Çempionlar Liqası çərçivəsində oyun keçirdiyi meydanda öz aralarında görüş keçirəcəklər.

Futbol meydançasında kim daha çox öz gücünü göstərəcək – A Konferensiyasının yığması yoxsa B Konferensiyasının yığması? Bütün bunlara şahid olamaq üçün dekabrın 29-da saat 20:00-da stadiona gəlin.

Qeyd edək ki, MFL ALL STAR - Böyük Oyunazarkeşləri üçün 101-ci sektor ayrılıb. Stadiona giriş pulsuzdur. Və oyun “Koroğlu” metro stansiyasına yaxın – cənub istiqamətdə həyata keçiriləcək.

Oyunlar CBC SPORT telekanalında birbaşa yayımlanacaq.