2019-cu ilin mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyunu ilə əlaqədar silsilə tədbirlərin təşkil olunması planlaşdırılır. Bunların sırasına media nümayəndələri üçün keçiriləcək “İntellektual kubok” da daxildir. Turnirdə iştirak edəcək idman jurnalistləri və klubların media nümayəndələri Avropa Liqasının tarixi, keçirilmiş maraqlı qarşılaşmalar və tanınmış futbolçularla bağlı sualları düzgün cavablandırmağa çalışacaqlar. “İntellektual kubok”da 20 komandanın iştirakı nəzərdə tutulub.
Yarış 3 saat ərzində davam edəcək.
Hər komandanın heyətində minimum 3, maksimum 5 oyunçu mübarizə apara bilər.
Eyni komandanın üzvləri müxtəlif mətbuat orqanlarını təmsil edə bilər.
İştirak etmək istəyənlər bu gündən etibarən ad, soyad, təmsil etdikləri media qurumunun, üzvü olacağı komandanın adını və əlaqə nömrələrini media@finalbaku2019.az elektron poçt ünvanına göndərərək qeydiyyatdan keçə bilərlər.
Tədbirin sonunda bütün media nümayəndələrinə sertifikatlar təqdim olunacaq. Qalib komanda isə təşkilatçılar tərəfindən dəyərli hədiyyələr qazanacaq.
“İntellektual kubok” dekabrın 10-da, saat 20:00-da Bakı Olimpiya Stadionunda keçiriləcək.
Turnirin qaydaları ilə tanış ola bilərsiniz:
Son qeydiyyat tarixi: 26 noyabr, saat 18:00.