MEDİA-YARIŞ elan edilir!

Bakı Olimpiya Stadionunun mətbuat xidməti “ƏN Yeni İl” konsert proqramına həsr olunmuş media-yarışı elan edir. Bu yarışda Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün KİV nümayəndələri iştirak edə bilər.

Yarışın qaydasına əsasən, jurnalistlər dekabrın 1-dən 20-dək “ƏN Yeni İl” konserti ilə bağlı məqalələrini, köşə yazılarını və video materialları öz saytlarında / kanallarında yerləşdirməli və istinad keçidlərini media@bos.az elektron ünvanına göndərməlidirlər.

Qalibin seçimi zamanı təqdim olunan materialların orijinallığına və kreativliyinə diqqət yetiriləcək.

Qalib KİV nümayəndəsi konsertin təşkilatçıları tərəfindən seçiləcək və 25 dekabr tarixində BOS-un rəsmi saytında elan olunacaq.

Hədiyyə olaraq, qalib media nümayəndəsi konsert zamanı səhnə arxasında “ƏN Yeni İlin” ulduzları ilə eksklüziv müsahibə almaq şansı qazanacaq.

Hər kəsə uğurlar arzu edirik!

Əlavə sualınız olsa, Bakı Olimpiya Stadionun mətbuat katibi Cəmilə Mehdiyevaya müraciət edə bilərsiniz:

Tel.: +994 12 422 64 10/15 (+1102)

Mob.: +994 55 979 59 89

e-mail: jamilia.mehdiyeva@bos.az