Könüllülər üçün təlimlər keçirilir

Bakı Olimpiya Stadionunda UEFA Avropa Liqası Final-2019-un könüllüləri üçün ümumi təlimlər başlayıb. Təlimlər 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatı zamanı Sankt-Peterburq şəhərindəki “Zenit Arena”da fəaliyyət göstərmiş təlimçilər tərəfindən keçirirlir. Hər gün saat 10:00-dan 19:00-dək davam edəcək təlimlərə mayın 3-də yekun vurulacaq.