Əfqanıstan nümayəndə heyəti Bakı Olimpiya Stadionunu ziyarət etdilər.
Aralarında İctimai Məsələlər naziri Mahmud Balig, Şəhərsalma Məsələləri naziri Sadət Mansur Nadiri olan qonaqlar stadionun infrastrukturu ilə tanış oldular və keçmiş və gələcək tədbirlər haqqında məlumat əldə etdilər.
Sadət Mansur Nadiri: “Stadionun böyüklüyü və belə rekord vaxtda tikilməsi onun möhtəşəmliyinə nümunədir”.
Mahmud Balig: “Mən çox sevinirəm ki, İslam Həmrəyliyi Oyunları Azərbaycanda keçiriləcək, biz öz idmançılarımızı dəstəkləmək üçün gələcəyik.”