Final oyunu ilə bağlı BOS-da görüş

UEFA Avropa Liqası turnirinin 2019-cu ildə Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununa hazırlıq prosesi ilə tanış olmaq məqsədilə UEFA-nın Avropa Liqası-2019 layihəsinin nümayəndələri Bakıda səfərdədir.

Bu gün Bakı Olimpiya Stadionunda AFFA-nın əməkdaşları, yerli əməliyyat qrupunun üzvləri və UEFA-nın müvafiq layihəsinin nümayəndələri arasında görüş keçirilib, final qarşılaşmasına hazırlıq işləri barədə ətraflı məlumat verilib, geniş fikir mübadiləsi aparılıb. 18 nəfərdən ibarət nümayəndə heyətinin səfəri iyulun 5-dək davam edəcək.