FIFA dərəcəli hakimlərə emblem təqdim olunub

Bu gün Bakı Olimpiya Stadionunda 2019-cu ildə FIFA hakimi kimi fəaliyyət göstərəcək referi və referi köməkçilərinə müvafiq emblemlər təqdim olunub. Tədbirdə AFFA-nın baş katibi Elxan Məmmədov və Hakimlər Komitəsinin sədri Fritz Stuchlik iştirak edib.