EKSPO-2017 nümayəndələri Bakı Olimpia Stadionunu ziyarət etdilər

Astanada keçiriləcək iri miqyaslı beynəlxalq sərgi, EKSPO-2017 nümayəndələri Bakı Olimpiya Stadionunu ziyarət ediblər. Görüşün əsas məqsədi təcrübə mübadiləsi olub. Görüş zamanı qonaqlar ümumi gedişatla, stadionun texniki və telekommunikasiya imkanları ilə tanış olublar. Qonaqlar texniki otaqlarda müşahidə aparıblar və burada onlara stadionda keçirilən tədbirlərin təşkilatı məsələləri ilə bağlı məlumat verilib.