David Trezeqe Bakı Olimpiya Stadionunu ziyarət etdi

Fransa milli komandasının keçmiş futbolçusu, Dünya və Avropa çempionu David Trezeqe Bakı Olimpiya Stadionunda press-konfrans keçirtdi. Tədbir Yuventusun fan klubu tərəfindən Yuventus Futbol Məktəbinin açılışına həsr edilmişdir.

“Yuventus Futbol Məktəbinin açılışı Azərbaycanda uşaqlar və klublar arasında futbolun inkişafına kömək edəcək. Layihə çərçivəsində biz uşaqların futbolun dərinliklərinə yiyələnmələrini istəyirik. Yuventusun prezidenti Andrea Aqnelli və vitse prezidenti Pavel Nedved adından, mən bu məktəbin Bakıda açılmağında əməyi olan hər kəsə təşəkkürümü bildirirəm.”

Konfransdan sonra David Trezeqe stadionda fəaliyyət göstərən “Overtime” idman barında azərkeşlərlə görüşdü.