Cavid Qarayev ESSMA Məsləhət Komitəsinin üzvü seçilə bilər

Bakı Olimpiya Stadionun baş direktoru Cavid Qarayev ESSMA (Avropa Stadionların İdarəetmə və Təhlükəsizlik üzrə Assosiasiyası) tərəfindən təşkil olunmuş seçkilərdə iştirak edir. Seçkiləri nəticəsi olaraq üç müxtəlif stadionun nümayəndələri ESSMA Məsləhət Komitəsinin üzvləri olacaqdır. İlkin mərhələdə 13 nümayəndə seçilsə də, hal-hazırda isə seçki prosesində 9 namizəd iştirak edir. Namizədlərin platformaları və tərcümeyi halları ilə bu linkdən tanış olmaq olar: https://www.essma.eu/en/news/item/638-advisory-committee-members-essma

Səsvermədə yalnız ESSMA üzvləri iştirak edir, seçkilərin nəticələri 1 dekabrda açıqlanacaqdır.

Qeyd edək ki, ESSMA 1996-cı ildən etibarən fəaliyyət göstərir və 300 stadionu özündə birləşdirir.