BOS "Yer Saatı"-na qoşuldu

Bugün “Yer Saatı” günüdür. Bu hərəkat Ümumdünya Vəhşi Təbiət Fondu tərəfindən hər ilin mart ayının axırıncı şənbə günü keçirilir və hər kəsi, dövlət və kommersiya təşkilatlarını həyati əhəmiyyət daşımayan bütün elektrik cihazlarını bir saatlığa söndürməyə çağırır. Bununla da dünyada iqlimin dəyişməsinə diqqət ayırmağa çalışırlar.

Bakı Olimpiya Stadionu olaraq bugün biz də saat 20:30-dan 21:30-a qədər Stadionun fasadının işıqları söndürüləcəkdir.

İlk dəfə olaraq 2007-ci il Sidney şəhərində başlanan bu Hərəkata Bakı 2011-ci ildə Qız Qalasının işıqlarını söndürməklə qoşulmuşdur. Tədbir İDEA-nın təşəbbüsü ilə həyata keçirilir.