BOS UEFA tərəfindən təltif edildi

Koronavirus pandemiyası səbəbindən bir il sonraya təxirə salınan AVRO-2020 çərçivəsində Bakı Olimpiya Stadionu A qrupunun üç oyununa uğurla ev sahibliyi etmiş və 1/4 Final mərhələsi çərçivəsində isə sonuncu qarşılaşmasını bugün qəbul edəcək. BOS istər qitə miqyaslı tədbirlərə, istərsə də pandemiya zamanı oyun təşkilatçılığı təcrübəsinə malik olması ilə artıq öz sözünü demişdir. Avropa Çempionatı çərçivəsində oyunlar arası müddətin azlığına və isti hava şəraitinə baxmayaraq Bakı Olimpiya Stadionu 9 gün ərzində 3 qarşılaşma zamanı ot örtüyünün ideal vəziyyətdə stabil saxladığına və peşəkar yanaşmaya görə UEFA-nın baş katibinin müavini Giorgio Marçetti tərəfindən xüsusi təltifnamə ilə təltif edilib.