BOS matçına hazırdır

“Qarabağ” FK saat 21:00-da Çempionlar Liqasında sonuncu ev oyununu Bakı Olimpiya Stadionunda keçirəcək. Rəqibi “Çelsi”yə qarşı “Qarabağ” ilə yanaşı, Bakı Olimpiya Stadionu da oyuna ev sahibliyi etməyə hazırdır. Ot örtüyü ideal vəziyyətdədir. Meydançada sonuncu texniki hazırlıq prosesləri gedir. Ot baxımı “AgroSport” şirkəti tərəfindən aparılır.

“AgroSport” şirkəti idman dünyasında bu cür əhəmiyyətli tədbirlərə ev sahibliyi edəcək stadionun yüksək keyfiyyətli ot örtüyü ilə təmin olunmasına görə rəsmi səviyyədə məsuliyyət daşıyır.