BOS İtaliya bayrağı ilə işıqlandırıldı

Bakının da yer aldığı Avropanın 11 şəhərində baş tutan “UEFA AVRO 2020” Avropa Çempionatı başa çatmışdır. Bakı Olimpiya Stadionu çempionatın “A” qrupuna Roma Olimpiya Stadionu ilə birlikdə ev sahibliyi edirdi. Londonun “Uembli” stadionunda üz-üzə gələn İngiltərə-İtaliya millilərinin qarşılaşmasında sevinən tərəf İtaliya milli komandası oldu. Çempion ölkənin şərəfinə dünən gecə Bakı Olimpiya Stadionu İtaliyanın dövlət bayrağı rəngləri ilə işıqlandırıldı

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda baş tutan ilk futbol matçı məhz Azərbaycan-İtaliya oyunu olmuşdur. 15 Oktyabr 2015-ci ildə baş tutan oyunu 48000-ə yaxın azarkeş stadiondan izlədi