Dünya Stadionlar Konqresi 2017 Qətərin paytaxtı Doha şəhərində keçirilmişdir. Tədbirin sonunda dünyanın ən yaxşı stadionları müxtəlif nominasiyalar üzrə təltif edilmişdir. Bakı Olimpiya Stadionu "Dünyanın ən yaxşı yeni stadionu" adına layiq görülmüşdür. BOS-un tikintisində iştirak edən Tekfen İnşaat və Heerim Memarlıq və Planlama da təbrik edildi. Müxtəlif kateqoriyalar üzrə Moskva VTB Arena, Barselona Kamp Nou, Aşqabad Olimpiya Stadionu və BƏƏ-nin Həzza Bin Zayed stadionu mükafata layiq görüldü. Səs vermənin münsifləri məşhur tikinti eksperləri Filip Herpel, Mark Fenvik və Kris Dayt idi.