BOS-da Qarabağ-Qalatasaray oyunu baş tutdu

Bakıda "Qarabağ" və Türkiyənin "Qalatasaray" komandası arasında xeyriyyə oyunu keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva stadionda oyuna baxıblar.

62000 azarkeşin canlı olaraq stadiondan izlədiyi matçda İstanbul təmsilçisi 2-1 hesabı ilə qalib gəldi.

Bakı Olimpiya Stadionunda baş tutan qarşılaşmadan toplanan bütün gəlirlər 6 fevral tarixində Türkiyədə baş vermiş zəlzələdən zərərçəkənlərə göndəriləcək.

Foto: Azərtac, Firi Səlim və Aziz Elxanoğlu