Bu gün AFFA-nın təşkilatçılığı ilə Bakı Olimpiya Stadionunda kütləvi futbol festivalı keçirilib.
Festivala AFFA tərəfindən keçirilən "Playmakers" və "FIFA Football In Schools" layihələrinin iştirakçıları cəlb olunub. 100-dən çox uşağın qatıldığı festivalda iştirakçılar futbol oynayaraq əyləncəli vaxt keçiriblər. Ölkəmizdə səfərdə olan FIFA-nın baş katibi Fatma Samoura festival iştirakçıları ilə görüşüb. Festival zamanı xanım baş katibə AFFA-nın futbolun kütləviləşməsi və hamıya əlçatan olması istiqamətində həyata keçirdiyi layihələr, stadionun infrastrukturu və burada yaradılan şərait barədə məlumat verilib. Tədbirdə FIFA-nın Avropa Milli Assosiasiyalar üzrə direktoru Elxan Məmmədov, AFFA-nın baş katibi Sərxan Hacıyev və qurumun digər rəsmiləri iştirak ediblər. Sonda festival iştirakçılarına AFFA tərəfindən hədiyyələr təqdim olunub.