BOS-da Hyundai Servis Festivalı keçirilir

Öncədən bildirdiyimiz kimi, keçən həftə BOS-un ictimai dayanacağında Hyundai Servis Festivalı keçirildi. 21-23 Sentyabr tarixlərində baş tutan festivalda "Hyundai" sahibləri öz avtomobillərini pulsuz diaqnostika etdirərək, avtomobillərinin mühərrik hissəsində azalmış mayeləri ödənişsiz bərpa etdirə biliblər. 3 gün ərzində yüzlərlə avtomobilin iştirak etdiyi tədbirdə müxtəlif hədiyyələr və endirim kuponları verilmişdir.

Bakı Olimpiya Stadionu artıq ikinci ildir ki, bu festivala ev sahibliyi edir. Bildirmək istərdik ki, stadion olaraq yalnız idman tədbirlərinin deyil, həm də gündəlik həyatımızın digər sahələrinə aid tədbirlərinizə və yığıncaqlarınıza ev sahibliyi edib, insanları bir araya toplamaqdan qürur duyuruq.