FIFA 2018 Dünya Çempionatının final mərhələsinin püşkatma mərasimi ərəfəsində - noyabrın 30-dan etibarən Rusiyanın paytaxtı Moskvada XV “Futbol Market” beynəlxalq futbol sənayesi sərgisi keçirilir.
Sərgidə AFFA-nın yerli futbol infrastrukturuna həsr olunmuş guşəsi yerləşdirilib. Guşədə AFFA Məşq Mərkəzi, Futbol Akademiyası, yeni reabilitasiya mərkəzi, Bayıl stadionu və Bakı Olimpiya Stadionu haqqında məlumat təqdim olunub. Sərgidə BOS-un Biznes Strateqiyalar və Satış üzrə direktoru Seyran Hüseynov iştirak edib.
Artıq XV dəfə təşkil edilən “Futbol Market” beynəlxalq futbol sənayesi sərgisinin bu il üçün əsas mövzuları stadionların effektiv istifadəsi, futbol klublarının marketinq və menecmenti, texnologiya və innovasiyalardır. Sərgidə yerli idman qurumları və 30-dan çöx ölkədən nümayəndələr iştirak edir.