Bakı Olimpiya Stadionunun nümayəndələri ESSMA seminarında iştirak etdilər

Bakı Olimpiya Stadionunun nümayəndələri 2017 Konfederasiyalar Kuboku çərçivəsində Rusiyada təşkil edilmiş ESSMA seminarında iştirak etdilər. Seminar ərzində iştirakçılar Moskva və Sankt Peterburq şəhərlərinin stadionları (VEB Arena, VTB Arena, Otkritie Arena, Lujniki və Krestovski Stadionları) ilə tanış olub, onların indiki fəaliyyətləri və biznes planları haqqında məlumatlara yiyələnib və gələn il Rusiyada baş tutacaq olan 2018 Dünya Kubokuna hazırlıq prosesi ilə yaxından tanış olmuşlar. BOS işçi heyətindən əlavə olaraq seminarda Rusiya Futbol klublarının nümayəndələri, La Liqa, Santiaqo Bernabeu stadionunun, 2022 Dünya Kuboku Təşkilat Komitəsinin rəsmiləri və ESSMA-a üzv təşkilat və stadionların əməkdaşları iştirak etmişlər.