Bakı Olimpiya Stadionunun şəkli 2016-cı il üçün ən yaxşı memarlıq şəklinə namizəd göstərilib

Bakı Olimpiya Stadionunun şəkli Arcaid Images Architectural Photography Mükafatlarının 2016-cı il üçün hazırladığı müsabiqədə 20 ən yaxşı memarlıq şəkli arasında yer alıb. Bu müsabiqə memarlıq və fotoqraf sənətlərinin birlikdə unudulmaz görüntülər yaradaraq bir-birini tamamladığı müsabiqədir.