Bakı Olimpiya Stadionunda kovörkinq mərkəzi açıldı

17 Fevral tarixindən Bakı Olimpiya Stadionunda kovörkinq mərkəzi fəaliyyətinə başladı. Kovörkinq iştirakçıların müstəqil şəkildə öz fəaliyyətləri üçün ümumi bir ərazini istifadə etməklə işlədiyi bir iş modelidir. Bu model xüsusi ilə frilanserlər, gənc biznesmenlər, dizaynerlər və tərcüməçilər arasında geniş yayılıb.


İştirakçılar kovorkinq mərkəzinin təkliflərini (printer, skayner, kseroks), yüksək sürətli internet, çay, kofe və dayanacaq xidmətindən istifadə edə bilərlər. Əlavə olaraq, bütün icarəçilərə görüş otağı, tədris zalları və istirahət otaqları təklif olunur. İcarə şərtləri icarəçinin ehtiyacları əsasında müəyyənləşir.
Mərkəzin ilk icarəçi - biznes təlimçisi İlham Əfəndiyev bildirmişdir: “Mən burada işləməyə başlayan ilk şəxslərdən biriyəm. Buna səbəb isə mənim 12 martda baş tutacaq olan “Gəlirli Marketinq. Post-neft dövrünün tələbi” kimi böyük təlimimə hazırlaşmaq üçün uyğun məkan olmasıdır. Bir müddət burada işləyəndən sonra başa düşdüm ki, burada qalmalıyam. Bu mərkəz keyfiyyətli iş üçün lazım olan bütün ləvazimatlarla təhciz edilmişdir və stadion heyətinin də köməyə hazır olduğunu hər zaman hiss edirəm.”

Məlumat üçün bildirək ki, tarixdə ilk kovörkinq mərkəzi 2005-ci il 9 Avqust tarixində San Fransiskoda fəaliyyətə başlamış və tezliklə məşhurlaşmışdır.
Əlavə məlumat və sifariş üçün: +994 12 422 64 10, +994 55 979 59 89, coworking@bos.az