Bakı Olimpiya Stadionunda "İlin Qalibləri" adlı tədbir baş tutub

Hər il müntəzəm olaraq İdman Araşdırmaları Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilən "İlin Qalibləri" tədbiri yenidən Bakı Olimpiya Stadionunda baş tutmuşdur.

55 KİV nümayəndəsi tərəfindən verilən səslər əsasında 9 müxtəlif nominasiyada qaliblər müəyyənləşmişdir. İdman ictimaiyyətinin nümayəndələri, millət vəkilləri və jurnalistlərin də qatıldığı tədbirdə ilin idman tədbiri Bakı Olimpiya Stadionunda baş tutan AVRO 2020 futbol çempionatı seçilmiş və layihəyə müntəzəm dəstək verdikləri üçün Bakı Olimpiya Stadionu da təltif olunmuşdur.