23 Fevral tarixindən etibarən Bakı Olimpiya Stadionunda “Overtime” Idman Barı öz fəaliyyətinə başladı. Bar böyük monitorlarla və futbol oyunlarının canlı yayımı ilə təchiz olunmuşdur. Sevimli komandalarını tək dəstəkləmək istəyənlər üçün isə Skaybokslar təklif edilir. Əlavə olaraq, qonaqlar öz vaxtlarını Playstation və stolüstü futbol oynayaraq da keçirə bilərlər. Günün digər vaxtları isə qonaqlar menyudan müxtəlif içki və yeməklər sifariş edə bilərlər.
Overtime-nin icraçı direktoru Rauf Şirinovun bildirdiyi kimi, “İşimizin devizi - futbola stadionda baxarlar! Məhz bu səbəbdən biz öz məkanımızı bütün beynəlxalq standartlarına uyğun olan Bakı Olimpiya Stadiona dəyişdik.
Bakı Olimpiya Stadionun Biznes Strategiyası departamentinin direktoru Seyran Hüseynovun sözlərinə görə, “ İdman Barın açılışı stadionun biznes imkanları və ictimai istirahət baxımından çoxməqsədli obyektə çevrilməsində ilk addımlardan biridir.”
Açılışdan şəkilləri və video icmalı təqdim edirik.