Bakı Olimpiya Stadionunda Azərbaycan Cüdo Federasiyasının təlim-məşq zalı açıldı

Noyabrın 3-də Bakı Olimpiya Stadionunda Azərbaycan Cüdo Federasiyasının təlim-məşq zalının açılış mərasimi keçirilib. Açılış mərasimində Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev, Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov, Azərbaycan Cüdo Federasiyasının vitse-prezidentləri Mikayıl İsmayılov, Sadıq Sadıqov, Elnur Məmmədli, federasiyanın İcraiyyə Komitəsinin üzvləri, tanınmış idman mütəxəssisləri iştirak ediblər