Bakı Olimpiya Stadionun iməcilik keçirilmişdir.

Bakı Olimpiya Stadionunda iməcilik keçirilmişdir.

SOCAR-ın “Ətraf mühitin mühafizəsi üzrə 2022-ci ilin Tədbirlər Planı”na uyğun olaraq bu gün stadionda iməcilik keçirilib. İməcilik zamanı yeni ağaclar əkilmiş, mövcud yaşıllıqlara qulluq edilmiş və stadion ətrafı məişət tullantıları ilə çirklənmiş yaşıllıqlar təmizlənmişdir.

Bildirmək istərdik ki, vaxtilə stadionun mövcud ərazisi SOCAR-ın ekoloji təhlükəsizliyin təmin edilməsi məqsədi ilə aparılan işlər çərçivəsində təmizlənib. Sonradan burada Bakı Olimpiya Stadionu inşa edilib və Böyükşor bulvarı salınıb. Hazırda stadionun 50 hektar ərazisinin 20 hektarı yaşıllıqdan ibarətdir.