Bakı Olimpiya Stadionu dünyanın ən yaxşı arenası mükafatına namizəd olub

UEFA-nın rəsmi xəbər tərəfdaşı olan StadiumDB tərəfindən hazırlanan sorğuda 15 ölkədən 22 stadion 2015-ci ilin ən yaxşısı adını qazanmaq üçün mübarizə aparacaq.

Sorğu həm ictimaiyyət, həm də münsiflər arasında keçiriləcək.

İlk Avropa Oyunlarının Açılış, Bağlanış və Yüngül Atletika sessiyalarına, futbol üzrə milli komandaların oyunların a ev sahibliyi edən Bakı Olimpiya Stadionu dünya səviyyəli idman qurğuları sırasında göstərilir.

Sorguda səs vermək üçün linkə daxil olub ən yaxşı 5 Stadionu 5 müxtəlif xal ilə dəyərləndirmək lazımdır. Sesvermə fevral ayının 19-u bitəcəkdir.

Bu tarixədək 5 ən yaxşı stadionunun seçiləcəyi səsvermədə hər kəs iştirak edə bilər. Hər bir kompüter və mobil telefondan yalnız bir səs qeydə alınacaq. Artıq 10000-ə yaxın futbol azərkeşinin səsvermədə iştirak etdiyi bildirilir.

Ən yaxşı stadion seçilməyin digər yolu isə münsiflərin rəyini qazanmaq olacaq. Münsiflər 5 ən məşhur stadionun memarlarından ibarətdir. Bunlar Sezar Azkarate, Kris Dayt, Endru Edc, Dipeş Patel və Joze Ribasdır, kimlər ki dünyanın ən görkəmli stadionlarının tikintisində yaxından iştirak etmişlər.