Bakı Olimpiya Stadion marketinq seminarına ev sahibliyi etdi

12 Mart tarixində stadionun konfrans zalında “Gəlirli Marketinq” adlı təlim keçirildi. Tədbir Bakıdan və Gəncədən gələn aralarında biznesmenlər, marketoloqlar və satış təmsilçiləri olan 50-dən çox iştirakçının iştirakı ilə baş tutmuşdur. Təlimçi biznes məsləhətçi və marketoloq İlham Əfəndiyev idi.

Təlimçinin sözlərinə görə “Təlimin əsas məqsədi hazırkı iqtisadi vəziyətdə praktiki marketinq nəzəriyyəsinin tətbiqidir. Onu deyə bilərəm ki, təlim gözlədiyimdən də uğurlu keçdi və qeydiyatın açıldığı ilk gündən insanların marağın hiss etdim. Tədbirin məkanı da təsadüfü olaraq seçilməmişdir: 1 aydan artıq müddətdə biz kovörkinq mərkəzində çalışdıq və bu müddət ərzində gördük ki, stadion yalnız çox məqsədli idman arenası deyil, həm də yüksək standartlı görüş otaqları və ofislərlə təhciz edilmişdir. Məhz bu səbəbdən mən qərara gəldim ki, bütün iştirakçıları buraya dəvət edim və düşünürəm ki, bu stadiondakı sonuncu tədbirim deyil.”

Tədbirdən sonra qonaqlar stadion turuna dəvət aldılar. Tur zamanı onlar stadionun bütün infrastrukturu ilə tanış oldular və eyni gün stadionda baş tutan qadınlar arası yoldaşlıq görüşündə milli komandamızı Belorusiyaya qarşı dəstəklədilər.

https://www.youtube.com/watch?v=lKtjtIM2Nls