Bakıda beynəlxalq seminar başlayıb

Bakıda "UEFA Certificate in Football Management" tədris kursunun növbəti seminarı başlayıb.Tədbirdə AFFA, Azərbaycan klubları və beynəlxalq futbol təşkilatlarının nümayəndələri iştirak edir. İştirakçılar bu gün məşğələlərdən sonra Bakı Olimpiya Stadionu ilə tanış olub, ardınca isə stadionun ehtiyat meydançasında futbol oynayıblar. (c) AFFA