Çempionlar Liqasının qrup mərhələsinin III mərhələsində “Qarabağ”ımız oktyabrın 18-i Bakı Olimpiya Stadionunda “Atletiko”nu qəbul edəcək.
Azarkeşlərimizin bu matça rahat gəlib-gedişini təmin etmək üçün ictimai dayanacaq klubumuz tərəfindən azarkeşlərin xidmətində olacaq.
Azarkeşlərimiz avtodayanacaqdan qarşılaşmanın başlamasından 3 saat əvvəl- saat 17:00-dan etibarən istifadə edə bilər.
Qeyd edək ki, “Qarabağ”ımızın “Atletiko”yla matçına bilet satışa davam edir. Azarkeşlərimiz sabahdan etibarən biletləri Bakı Olimpiya Stadionun qarşısında yerləşdirilən satış məntəqəsindən də əldə edə bilərlər.