Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbələri Bakı Olimpiya Stadionunda olublar

ASAPES-in “İdman menecmenti” magistr ixtisasının tələbələri Bakı Olimpiya Stadionunda (BOS) olublar. VAR (Video Assistent Referee) mərkəzində AFFA-nın Hakimlər Komitəsinin sədri Frits Ştuxliklə görüşən magistrantlar üçün VAR-la bağlı seminar keçirilib. Bundan başqa, tələbələr stadionun media tribunası, paltardəyişmə və mətbuat otaqları, SKY BOX və VİP yerlərlə tanış olmaq imkanı da qazanıblar.

Daha sonra ASAPES-in tələbələri isveçrəli beynəlxalq ekspert, “Sportanalytics” konsaltinq şirkətinin təsisçisi və rəhbəri Con Andrea Şoşerlə birgə BOS-un nümayəndəsi Fərid Əsədzadə ilə görüşərək onları maraqlandıran məsələlərlə bağlı suallar veriblər. Tələbələrə mühazirə oxunması ilə BOS-a səfər başa çatıb.