Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası-nın tələbələri Bakı Olimpiya Stadionunda olublar

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası-nın tələbələri Bakı Olimpiya Stadionunda olublar


Tələbə və könüllülərlə iş şöbəsinin təşkilatçılığı ilə Akademiyanın bir qrup aktiv tələbəsinin Bakı Olimpiya Stadionuna ekskursiyası təşkil edilib. Ekskursiyanın təşkilndə əsas məqsəd Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbələrini ölkənin qabaqcıl idman obyektlərindən biri olan Bakı Olimpiya Stadionu və onun iş prinsipləri ilə tanış etmək, eyni zamanda onların əhəmiyyətli idman tədbirlərindəki təcrübələrini inkişaf etdirməyə töhfə verməkdir.

Ekskursiya “İdman menecmenti və kommunikasiya” ixtisasının tələbələri tərəfindən böyük maraqla qarşılanıb. Belə ki, onlar idman obyektində keçirilən beynəlxalq futbol matçlarının təşkili ilə bağlı xeyli faydalı informasiya əldə ediblər.Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası-nın tələbələri Bakı Olimpiya Stadionunda olublar