Azərbaycan - Çexiya: Açıq məşq və mətbuat konfransı

DÇ-2018-in seçmə mərhələsində oktyabrın 5-də, Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Çexiya oyunu ərəfəsində təşkil olunacaq mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtını diqqətinizə çatdırırıq:

4 oktyabr

Çexiya milli komandası

18:15. Mətbuat konfransı

19:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

Azərbaycan milli komandası

20:00. Mətbuat konfransı

20:30. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

Hər iki məşq və mətbuat konfransı Bakı Olimpiya Stadionunda keçiriləcək. KİV nümayəndələri akkreditasiya vəsiqəsi ilə iştirak edə biləcəklər.