Avropa Parlamentinin üzvləri Bakı Olimpiya Stadionunda

Avropa Parlamentinin üzvləri Bakı Olimpiya Stadionunda

Avropa Parlamentinin Nəqliyyat və turizm komitəsinin üzvü Tomas Parebanın başçılıq etdiyi nümayəndə heyəti Bakı Olimpiya Stadionunu ziyarət etmişdir. Eyni zamanda “Krakov 2023 3-cü Avropa Oyunları”nın Təşkilat Komitəsinin üzvü olan cənab Tomas ilk Avropa Oyunlarının keçirildiyi Bakı Olimpiya Stadionu ilə yaxından tanış olaraq, oyunların təşkilatçılığı ilə maraqlanıb. Qonaqlara arena haqqında məlumat verən stadionun direktoru Cavid Qarayev bildirmişdir ki, 1-ci Avropa Oyunlarının uğurlu təşkilatçılığından sonra ölkəmiz və biləvasitə stadionumuz daha bir neçə beynəlxalq tədbirlərə ev sahibliyi edib. Avropa Olimpiya Komitəsi və İslam İdman Həmrəyliyi Federasiyası tərəfindən rəğbətlə qarşılanan və böyük tədbirlərin həvalə edildiyi stadionumuz ən son UEFA tərəfindən “Elit Stadion” adına layiq görülüb.